Bu günə xəbərlərin oxunma sayı: 692
— 09.04.2018 13:23

Alov 3 evi ağuşuna aldı

KepezTV Player

Qusarın Şirvanovka kəndində ümumi sahəsi 256 m² olan ikimərtəbəli 10 otaqlı evdə yanğın baş verib. Nəticədə evin bir otağının yanar konstruksiyaları və əşyaları 18 m² sahədə yararsız hala düşüb, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 20 m² sahədə əriyib. Tikilinin qalan hissəsini yanğınsöndürənlərin səyi nəticəsində mühafizə etmək mümkün olub. Salyanda da yanğın hadisəsi olub. Rayonun Qaraçala kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı ev anidən alışıb. Nəticədə tikilinin yanar konstruksiyaları və əşyaları qismən yararasız hala düşüb. FHN əməkdaşları əraziyə cəlb ediliblər və alov söndürülüb. Beləliklə yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Şirvan şəhəri də yanğın hadisəsinin qeydə alındığı məkanlar sırasındadır. Burada ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 75 m² sahədə yanıb. Tikilinin qalan hissəsi alovdan mühafizə olunub. Hadisələrin səbəbləri araşdırılır.