• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 911
— 09.04.2018 13:19

Yol qəzasında 4 nəfər yaralandı

KepezTV Player

Zərdabda 4 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib. Şahin Cəfərovun idarə etdiyi "FORD" markalı maşınla İbrahim İsayevin idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü və "Mercedes" markalı avtomobilin sərnişinləri - Vahid Həsənovla onun həyat yoldaşı xəsarət alıblar. Cəfərovun xəsarətləri ağır olduğundan o, müalicə məqsədi ilə paytaxta aparılıb. Faktla bağlı araşdırma aparılır.