• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1307
— 09.04.2018 11:02

Doogee adlı Çin şirkəti çərçivəsiz smartfon-slayder təqdim etdi

Çinin Doogee şirkəti üst səthinin 97%-i ekran olan smartfon prototipini göstərdi. Doogee Mix 4-ün özəlliyi smartfonun özündə slayderin olmasıdır. iPhone X və bir sıra Android cihazlardan fərqli olaraq 5,99 düymlük ekrana malik Mix 4-ün yuxarı hissəsində hər hansı kəsiyə rast gəlinmir, dinamik və qarşı kameralardan isə aparatı sürüşdürməklə yararlanmaq olar. Video bloggerlərin araşdırmalarına görə, bu ideyada iki çatışmazlıq var. Birincisi, qatlanmış vəziyyətdə smartfonun işıq sensoru gizlənmiş olur, bu da ekranın avtomatik parlaqlığını tənzimləməyə imkan vermir. İkinci problem isə smartfonun müasir mobil cihazlarda rast gəlinən 11 mm qalınlığa malik olmamasıdır. Amma bloggerlərin fikrincə, Mix 4-ün kiçik ölçülü olması onu cibə qoymağa daha rahat şərait yaradır. Texniki xarakteristika və bazarda peyda olma vaxtı isə açıqlanmır.