• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1173
— 09.04.2018 11:03

Hərraca 1950-ci illərin ən qabaqcıl avtomobili çıxarılacaq

May ayının ortalarında Mecum hərrac evində qeyri-adi avtomobil təklif olunacaq. Maşın 1954-cü ildə debüt edib. Onun istehsalına 25 000 dollar pul xərclənib ki, bu da indiki ekvivalentlə təxminən 300 000 dollar edir. The Golden Sahara adlı avtomobil qəzadan sonra üst hissəsindən məhrum olub. Ona bir qədər əl gəzdirənlər ön və arxa hissəsini tamamilə dəyişib, sferik ön şüşə, arxa qanadlara hava qəbulediciləri və yeni baqaj qapısı quraşdırıblar. Baqajı açmaq üçün maşının nömrəsini fırlatmaq gərəkdir. Daha əvvəl mövcud olmuş xrom materiallar sonradan 24 karatlı qızılla örtülüb. Avtomobildə televizor, maqnitafon, radio və soyuduculu minibar da var. 1956-cı ildə bu maşını bir qədər təkmilləşdirərək 4 seksiyalı faralar, bir cüt üzgəc bərkidib, eyni zamanda o dövr üçün inanılmaz sayılan elektron dəsti ilə təchiz ediblər. Maşını həm sükan, həm düymə, həm də təyyarələrdə olduğu kimi ling vasitəsilə idarə etmək olardı. Ön bamperdə təcili əyləc sensor sisteminə rast gəlinir. Dönmələrdə isə təkərlərin şüşə seksiyaları işıqlanır. Golden Saharanı hətta səs funksiyası ilə işə salmaq və ya dayandırmaq, həmçinin qapıları açmaq və əyləci sıxmaq mümkündür. Maşın sürücüsüz belə sərbəst hərəkət etmək qabiliyyətinə malikdir.