• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1683
— 09.04.2018 11:01

Amerikalılar Corvette- eksklüziv 1000 at güclü superkara çevirdilər

Bass 770 masl-karını yaratmaqla səs salan Equus Automotive Amerika şirkəti kupe Throwback modelini anons edib. Avtomobil Chevrolet Corvette-in bazasında yığılıb və müştərilərə sərhədsiz fərdiləşmə imkanı verir. Maşın barəsində ətraflı məlumat verilmir. Bilinən odur ki, superkar təxminən 1000 at gücündədir. Aqreqatın mühərrikinin fırlanma anı 1114 Nyuton metr təşkil edir. İlk “yüzü” yığmaq üçün maşına 2,5 saniyə kifayətdir. Maksimal sürətsə 355 km/saatdan da çoxdur. Şirkəti bu avtomobildən cəmi 25 ədəd buraxmaq niyyətindədir. Hər birinin dəyəri isə 130 min dollar olacaq.