• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2086
— 06.04.2018 14:49

“Kəpəz” Gəncədə “Keşlə”ni qəbul edəcək

KepezTV Player

Futbol üzrə Premyer Liqasının XXII turunda aprelin 7-də “Keşlə” ilə qarşılaşacaq “Kəpəz” bu gün keçirdiyi məşqlə oyunun hazırlığını tamamlayıb. Doğma divarlar arasında keçiriləcək görüş öncəsi son məşqdə futbolçuların yaxşı əhval-ruhiyyədə olması müşahidə olunub.

“Sarı-göylər” Bakı klubuna qarşı oyuna itkilərlə çıxacaq. Belə ki, komandanın iki oyunçusu görüşdə iştirak etməyəcək. Dedimar Ferreyra zədəli olduğundan, Giuli Manjqaladze sarı vərəqə limitini doldurduğundan matçda forma geyinə bilməyəcək. Ötən tur “Zirə” ilə matçda zədələnən Şəhriyar Əliyevin durumu isə yaxşıdır.

Qeyd edək ki, digər ev oyunları ilə müqayisədə “Kəpəz” bu dəfə Gəncəyə qarşılaşmadan 3 gün öncə gəlib və əsas hazırlığı da Nizami yurdunda keçirib.

 

Azad Rəfi