Bu günə xəbərlərin oxunma sayı: 967
— 06.04.2018 14:39

Qərb bölgəsinin fermerləri ucuz başa gələn yerli texnikalardan istifadə edəcəklər

KepezTV Player

Bundan sonra fermerlər öz təsərrüfatlarında daha ucuz qiymətə başa gələn yerli texnikalardan istifadə edə bilərlər. Aqromexanika Elmi Tədqiqat İnstitutunun mütəxəsislərinin hazırladıqları kiçik qabaritli qurğular buna imkan verəcək. Kütləvi istehsalına başlanılan 5 qurğunun patenti alınıb və Kənd Təsərrüfatı Nazirliyi istehsal prosesinə dəstək verməklə sifarışçi qismində də çıxış edir. Müxtəlif təyinatlı qurğular kiçik və orta fermer təsərrüfatları üçün olduqca səmərəli hesab olunduğundan təsərrüfatçıların da marağına səbəb olub. Və institutda baş tutan görüşdə texnikaların istifadə qaydaları fermerlərə izah edilib. Artıq ilkin olaraq hər texnikadan 30 dəst istehsal olunaraq Aqrolizin Açıq Səhmdar Cəmiyyətinin yerlərdə fəaliyyət göstərən bazalarına göndərilib. Yerli bazara hesablanan texnikalara tələb olduğu halda istehsalın artırılması da mümkündür.