• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1903
— 06.04.2018 13:04

Evdə yanğın çıxdı

KepezTV Player

Ağcabədinin Hacıbədəlli kəndində yanğın olub. Hadisə ümumi sahəsi 130 m2 olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə tikilinin dam örtüyünün 70 m2-lik hissəsi içərisinə yığılmış 16 ton ot bağlamasının 8 tonu ilə birgə yararsız hala düşüb. FHN əməkdaşları əraziyə cəlb ediliblər. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ev alovdan mühafizə olunub.