• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2139
— 06.04.2018 13:18

Oğurluq edən şəxslər saxlanıldılar

KepezTV Player

Biləsuvar Rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı poçt şöbəsi və mağazadan, həmçinin yaşayış evindən oğurluq edən şəxslər saxlanılıblar. Biləsuvar Poçt filialının Ağalıkənd şöbəsindən içərisində pul və sənədlər olan seyfin oğurlanması ilə bağlı polisə müraciət edilib. Əməliyyat tədbirləri ilə oğurluğu törədən şəxslərin İkram Quluzadə və İsrafil Bayramov olduqları müəyyən edilib . Saxlanıldıqdan sonra onların elə həmin gün Ağalıkənd kəndində Zaur Məmmədova məxsus mağazadan 200 manat nağd pul, siqaret və danışıq kartları oğurladıqları da məlum olub. RPŞ-i əməkdaşlarının keçirdiyi digər əməliyyatla qonşusunun evindən məişət əşyalarını oğurlayan rayonun Xırmandalı kənd sakini Astan Əzizov saxlanılıb. O, törətdiyi əməli etiraf edib.