• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2161
— 06.04.2018 13:16

Yol qəzaları və onların ağır nəticələri...

KepezTV Player

Bakının Sabunçu rayonu Zabrat şossesində xəsarətlə nəticələnən yol qəzası baş verib. 28 yaşlı Əlibala Ramazanovun sükanı arxasında olduğu "VAZ-2106" markalı minik avtomobili işıqforun yaşıl işığında sola dönən, Akif Hüseynovun idarə etdiyi "Hyundai" markalı mikroavtobusa çırpılıb. Nəticədə Əlibala Ramazanov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Sabunçu rayonu Ramana qəsəbəsində isə yolu keçmək istəyən gənc oğlanı maşın vurub. 24 yaşlı Ümman Səfiyev dövlət xəstəxanasına aparılıb, lakin vəziyyəti daha da ağırlaşdığı üçün özəl klinikaların birinə yerləşdirilib. Xətai rayonu Əhmədli qəsəbəsində qadını avtomobil vurub. 43 yaşlı Səbinə Hüseynova 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Sumqayıtda da yol qəzası olub. Təhsil Şöbəsinin metodisti 32 yaşlı Gülnar Əzimzadəni yolu keçərkən qarşı tərəfdən gələn avtomobil vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb, tibbi yardımdan sonra vəziyyəti qənaətbəxşdir. Mingəçevirdə, Heydər Əliyev prospekti ilə Səməd Vurğun küçələrinin kəsişməsində “Opel” və "Jeep" markalı minik avtomobilləri toqquşub. Avtomobildə olanlar yüngül xəsarət alıblar. Faktlarla bağlı araşdırma aparılır.