• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2352
— 06.04.2018 13:12

Gəlinin qohumları qaynatanı xəstəxanalıq etdilər

KepezTV Player

Bakının Binə qəsəbəsində bıçaqlanma hadisəsi olub."Südçülük Sovxozu" kimi tanınan ərazidə yaşayan 69 yaşlı Əli Mustafayev yatdığı vaxt iki nəfər naməlum şəxs tərəfindən bayıra çağırılıb. Çölə çıxdıqda tanımadığı insanlat ona 4 bıçaq zərbəsi vurublar.Yaralı xəstəxanaya yerləşdirilib. Mustafayevin qohumlarının dediyinə görə, hadisəni kişinin gəlininin yaxınları törədiblər. Səbəb isə onun oğlunun qadından boşanması olub.Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.