• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1337
— 06.04.2018 11:03

Köhnə və yeni Porsche 911-i buzlu gölün üzərində sürdülər

Porsche şirkəti köhnə və yeni 911 modellərini İsveçrənin donmuş Sankt-Moriç gölündə sınaqdan keçirib. Maşınlara xizəkçilər də qoşulub. Gedişə 911 GT2 RS modelinin sonuncu variantı, həmçinin 911S qatılıb. Sonda adı çəkilən 1970-ci illərin ralli yarışlarında iştirak edib. Porsche 911 GT2 RS-in isə debütü ötən ilin yayında baş tutub. Avtomobil 3,8 litrlik turbomotorla hərəkətə gəlir. At gücü isə 700-ə bərabərdir. Yeridən ilk “yüzü” yığmaq üçün maşına 2,8 saniyə vaxt lazımdır. Ən yüksək sürətsə 340 km/saatdır. Kupe Nürbqrinq yolunun ən sürətli maşını hesab olunur.