• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1930
— 05.04.2018 19:08

Naqilləri oğurlayıb təhlükəli vəziyyət yaratdılar

KepezTV Player

Ağstafa Dəmiryol Xətt Polis Bölməsinin və Gəncə Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Ağstafa ərazisindən keçən dəmiryol xəttindən naqilləri kəsərək oğurlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb. Onlardan biri əvvəllər məhkumluq həyatı yaşayan, bir neçə il dəmiryolu sahəsində çalışmış Saloğlu qəsəbə sakini 31 yaşlı Yaşar Xəlilov, digəri Qarayazı kənd sakini 18 yaşlı Taleh Qayıbovdur. Şəxslərin üzərindən tapılan torbanın içindən xeyli miqdarda mis naqillər və dəmir yolunda istifadə olunan digər metallar aşkarlanaraq götürülüb. Dəmiryolu xəttinin elektrik enerjisinin tənzimlənməsində istifadə olunan transformatorun sökülməsi nəticəsində yaxınlıqdakı relslər əriyib, dəmiryoluna xeyli miqdarda ziyan dəyib. Dəmiryol xətt polis bölməsindən bildirilib ki, məlum ərazidəki oğurluq faktının üstü vaxtında açılmasaydı, ərazidən keçən sərnişin və yük qatarlarının hərəkəti üçün təhlükə yarana bilərdi. Faktla bağlı araşdırmalar davam edir.