Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			05.04.2018 19:03		
		Goranboyun Ağcakənd qəsəbəsində silah-sursat aşkarlanıb
KepezTV Player
					  
					  					  				Xocalı polisi əməliyyat-axtarış tədbirləri ilə Goranboy rayonu Ağcakənd qəsəbəsi ərazisində silah-sursat aşkar edib. İçərisində RQD-5, F-1 əl qumbaraları və alışdırıcılarının, müxtəlif çaplı patronların, avtomat darağının, kustar üsulla hazırlanan tapançanın da olduğu silah-sursat torpağa basdırılıbmış, üzəri isə daşla örtülübmüş. Tapıntıların ötən əsrin 90-ci illərinin əvvəlindən, Qarabağ müharibəsi zamanından qaldığı ehtimal olunur. Faktla bağlı Xocalı Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
- Baxış: 1265

