• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 861
— 05.04.2018 15:22

Şəmkirli şəhidin anım tədbiri keçirilib

KepezTV Player

Aprel döyüşləri zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri 19 yaşlı Nurlan Qasımov doğulub boya-başa çatdığı Şəmkir rayonunun Tatarlı kəndində yad edilib. Anım mərasimində rayon rəsmiləri, şəhidin yaxınları ilə yanaşı, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, millət vəkilləri iştirak ediblər. Aprel hadisələrində ordumuzun göstərdiyi qəhrəmanlıqdan danışılıb, şəhid əsgərin də  düşmənə layiqli müqavimət göstərdiyi vurğulanıb. Ordumuzun rəşadəti sayəsində Nurlan Qasımovun qanının yerdə qalmayacağına əmilinlik ifadə olunub. Şəhidin valideynləri və yaxınları "Vətən sağ olsun!" deyərək xidmətdə olan digər əsgərlərə döyüşlərdə uğurlar arzulayıblar. Anım tədbiri məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib. Şəhid Nurlan Qasımov 2015-ci ilin iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılmışdı.

Cəmil Qasımov - şəhidin atası: Oğlum şəhid olub. Torpaq uğrunda xalqım uğrunda şəhid olub. Nə deyim Allah bütün şəhidlərimizə rəhmət etsin.

Sona Əliyeva - millət vəkili: Bu gün Nurlanların Altunların Vüqarların Vüsalların sayəsində Azərbaycan xalqı artıq zəfərə inanmağa başlayıb. Azərbaycan xalqı inşallah ki yaxın zamanlarda öz tarixi torpaqlarında işğaldan azad edəcəkləri torpaqlarda üç rəngli bayrağını elə bu oğulların şərəfinə xatirəsinə dalağalandıracaq.

Natiq Hüseyn