Bəzi rayonlardan fərqli olaraq dağlıq ərazidə yerləşən Daşkəsəndə yaz fəslində qarlı şaxtalı hava şəraiti davam edir. Havaların soyuq olması məktəblərdə şagirdlərin dərsə davamiyyətinə heç bir təsir göstərməyib. Sinif otaqları normal istiliklə təchiz edildiyindən şagirdlərin dərsə davamiyyəti qənaətbəxşdir.
Səkinə Qasımova – şagird: Mən çalışıram dərslərimi yaxşı oxuyam. Məktəbimizdə şərait çox yaxşıdır. Bizim rayonumzuda qışda yaydada havalar çox soyuq olur. Ona baxmayaraq sinifimzi çox istidir. Şəraitimiz çox yaxşıdır. Buna görə də biz dərslərimizi çalışırıq yaxşı oxuyaq.
Günel Həsənzadə şagird Burada havalar həmişə soyuq olur. İndiddə yazda qar yağıb. Ancaq bizim siniflərimzi istidir. Burada yaxşı dərs keçirik.
Bu şagirdlər Daşkəsən rayonunda fəaliyyət göstərən məktəblərin birində təhsil alırlar. Havanın qarlı və şaxtalı olmasına baxmayaraq məktəblərdə yaradılan şərait onları təhsildən yayındırmır. Müəllimlər də normal istiliklə təchiz olunan sinif otaqlarında böyük həvəslə dərs keçirlər.
Tahirə Əsədova - müəllimə: Sinifdə davamiyyət çox yaxşıdır. Valideynlərdə mütəmadi olaraq məktəblə əlaqə saxlayırlar. Məktəbin şəraitindən razı olaraq qalırlar.
Daşkəsən rayonunda təhsil ocaqları yeniləndikcə istilik məsələsi də həll edilir. Bir çox kənd məktəblərində qazanxana quraşdırılıb və sinif otaqları normal istiliklə təchiz edilir.
Mikayıl Mikayıllı - Daşkəsən Rayon Təhsil Şöbəsinin məsul əməkdaşı: Aprel ayı olmasına baxmayaraq Daşkəsən rayonuna qar yağıb. Şagirdlərin dərsə davamiyyəti 98 faiz təşkil edir. İstər kənd istərsədə rayon mərkəzində ki məktəblərdə istiliklə tam təchiz olunur.
Daşkəsən rayonunda ümumilikdə 26 tam 15 ümumi olmaqla 42 təhsil ocağı fəaliyyət göstərir.
Natiq Hüseyn
- Baxış: 1001