KepezTV Player
Lənkəran sakini dəm qazından zəhərlənərək dünyasını dəyişib. Hadisə rayonun Göyşəban kəndində qeydə alınıb. Belə ki, 35 yaşlı İlkin Bayramov həmin kənddə müvəqqəti yaşadığı evdə dəm qazından zəhərlənərək həyatını itirib. Məlumata görə, İ.Bayramov işdən gəldikdən sonra qonşusu ilə söhbətləşib. Daha sonra onlara evə gedib çimib gələcəyini bildirib. Mərhumdan bir müddət xəbər tuta bilməyən qonşuları, pəncərəni sındırmaq yolu ilə evə daxil olduqda hamamda Bayramovun cansız bədənini aşkarlayıblar. Məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Mərhumun meyiti müayinə üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
- Baxış: 880