• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 881
— 04.04.2018 11:02

Tesla Semi yük daşıyarkən görüntüləndi

İnternetdə elektrikli Tesla Semi yük avtomobilinin bir neçə görüntüsü peyda olub. O, ictimai yollarda əsil qoşqularla gözə dəyib. Gediş üçün müxtəlif modifikasiyalardan istifadə olunub. Onlar bir-birlərindən kabinənin hündürlüyünə görə fərqlənir. Testlər zamanı maşınlar təxminən 200 kilometr məsafə qət ediblər. Bu, Teslanın elektriklə işləyən yük avtomobillərinin ictimai yollarda ilk görüntüləri deyil. Oxşar video yanvar ayında da meydana gəlmişdi. Tesla Semi noyabr ayında debüt edib. O, yerindən 96 km/saat sürəti qoşqusuz 5 saniyəyə yığır. Maksimal gediş məsafəsi isə 805 kilometr təşkil edir. Yük avtomobili 150 000 dollar dəyərindədir.