• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1339
— 03.04.2018 16:54

“Kəpəz” Gəncədə məskunlaşacaq

KepezTV Player

Premyerliqaya yüksəldiyi gündən mövcud şəraitlə bağlı məşqlərini Bakıda keçirən "Kəpəz" Gəncəyə qayıdır. Adətən ev oyunlarından 1 gün öncə doğma şəhərə gələn komanda qarşıdakı turlar üçün Nizami yurdunda qərarlaşıb məşqlər edəcək. Klub rəhbərliyi və məşqçilər korpusu bu addımı atmaqla sarı-göyləri yerli azarkeşlərə daha yaxınlaşdırmaq məqsədini güdür. Klub 22-ci turda Keşləylə oyunun hazırlığının 4 gününü məhz şəhər stadionunda keçirəcək. Aprelin 7-də baş tutacaq qarşılaşma saat 15:00-da başlayacaq.

Orxan Cəfərzadə