• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 888
— 03.04.2018 16:52

Aprel döyüşləri ilə bağlı tələbələrlə görüş keçirildi

KepezTV Player

Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra ən şiddətli döyüşlər kimi tarixə düşdü və Azərbaycan ordusunun şanlı qələbəsinin şahidi olduq. Bu döyüşlər bir daha göstərdi ki, Azərbaycan ordusu istənilən an torpaqlarını işğaldan azad edə bilər. Azərbaycan Dövlət Aqrar Universitetində aprel döyüşlərinin ildönümü ilə əlaqədar  baş tutan tədbirdə həmin döyüşlərdə Goranboy və Naftalan üçün təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklərin düşməndən azad edilməsi, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələtəpə” yüksəkliyinin ordunun nəzarətinə keçməsi düşmənə çok effekti yaratdığına diqqət çəkilib. Millətimizə şərəf, ordumuza qürur verən döyüşlərin şahidlərin tökülən qanı hesabına əldə edildiyi, lakin düşmənə sarsıdıcı zərbə endirildiyi vurğulanıb. Məlum aprel hadisələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində dönüş nöqtəsi oldu və Azərbaycan ordusunun zəngin hərbi ənənələri böyük məsuliyyət və şərəflə davam etdirdiyi bildirilib.