• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1290
— 03.04.2018 16:51

Tələbələr tibbi müayinədən keçdilər

KepezTV Player

Gəncə Dövlət Regional Kollecinin tələbə və əməkdaşlar da tibbi müayinə aksiyasına cəlb edilib. Şəhər 2 saylı poliklinikanın terapevt, nevroloq, kordioloq, qulaq-burun-boğaz, göz və dəri zöhrəvi həkimlərindən ibarət briqadası 400-ə yaxın tələbənin səhətini yoxlayıb. Ağ ciyər xəstəlikləri eləcə də vərəmin aşkarlanması üçün tələbələr flüoroqrafiya müayinəsindən  keçirilib. Müayinə zamanı xəstəlik aşkar olunan tələbələr  ətraflı müayinə və müalicə üçün tibb müəssilərinə göndərilib.

Həcər Nəsibova tələbə:Sağ olsunlar səhiyyə işçiləri gəlib bizi ümumi tibbi yoxlamadan keçirirlər. Bizdə bunu bütün tələbələr olaraq çox yüksək qiymətləndiririk. Mənim narahatçılığım gözümdən idi. Gözümdə bir az ağrılar var. Sağ olsun həkimlər müayinə etdilər, müalicə yazdılar minnətdaram.

Nəzrin Nağıyeva  tələbə: nömrəli poliklinikanın həkimləri gəlib bizi yoxladılar. Bəzi tələbələrdə  aşkar olunan xəstəliklərədə lazımı məsləhətlər verdilər. Bütün tibb işçilərinə və təşkilatçılara minnətdarlığımızı bildiririk.