Şəmkir sakinlərinin işi asanlaşıb. Mart ayının 28-dən aprelin 26-dək rayonda olan Asan Xidmətin səyyar avtobusunda göstərilən xidmətlərə görə.
“ASAN” Xidmət Mərkəzinin səyyar avtobusu yenidən Şəmkir rayonuna gəlib. Səyyar asançılar təxminən bir ay ərzində Şəmkirlə yanaşı qərb bölgəsinin digər şəhər və rayonlarının sakinlərinə də xidmət göstərəcəklər. Vətəndaşlar notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, daşınmaz əmlak, pensiya təyinatı, şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi eləcə də dəyişdirilməsi kimi xidmətlərdən yararlana bilirlər.
Elman Cəfərov sakin: Xarici pasport çıxartamağa gəlmişdik. Çox yaxşı xidmət etdilər. Hər bir şey tez və öz qaydasında həll olundu.
Bayram Qəhrəmanov sakin: Asan Xidmətdən çox razıyam. Məni çox yaxşı yola saldılar. Yenə də gəlmişəm ayrı bir sənədimin dalınca.
Asan Xidmətin səyyar avtobusu buna qədər 5 dəfə Şəmkir rayonunda olub. Bu müddət ərzində Asan Xidmətin fəaliyyətində 50 mindən çox yerli sakin yararlanıb.
Nail Məmmədov qrup rəhbəri: Tək Şəmkir rayon sakinləri deyil hətta Goranboy Daşkəsən Gəncə Qazax Tovuz Ağstafa sakinləridə xidmətimizdən yararlana bilər. Artıq 6 iş günüdür ki xidmətə başlanılıb. 2000 dən artıq sakinə ximdət göstərilib.
Asan Xidmətin səyyar briqadası rayon mərkəzi ilə yanaşı növbəlilik əsasında kəndlərdə gedir. Səyyar briqadının növbəti dayancağı Şəmkirin Zəyəm-Cırdaxan kəndi olub.
Bayram Abdullayev kənd icra nümayəndəsi: Əvvəllər hər hansı bir sənəd üçün uzaq yol qətt edib ya rayon mərkəzinə və yaxudda Gəncə şəhərinə gedirdilər. İndi çox sağolun ki iki gündür Asan Xidmət bizim kənddə camaata xidmət edir. Biz böyük minnətdarlığımızı bildiririk.
Kəndlərdə olan səyyar briqada yalnız şəxsiyyət vəsiqəsi və ümümvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətini göstərir.
Natiq Hüseyn
- Baxış: 1190