• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1513
— 03.04.2018 14:28

Akkumulyator oğrusu yaxalandı

KepezTV Player

Sabirabad RPŞ əməkdaşları oğurluq faktının üstünü açıblar. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də Feyzulla Nəsirova məxsus “Mercedes” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Məlikov saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun martın 25-də rayon ərazisində daha 1 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilib.