• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1783
— 03.04.2018 14:19

Yolu keçən 3 qadını maşın vurdu

KepezTV Player

Mingəçevir şəhərində üç nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza bu gün Mingəçevir şəhərinin Heydər Əliyev prospektində, bazarın qarşısında olub.“Mercedes” markalı minik avtomobili yolu keçən 3 qadını-40 yaşlı Yeganə Qaraşova, 70 yaşlı Tamara Qaradilova və 60 yaşlı Fəridə Məmmədovanı vurub. Onlar təcili tibbi yardım stansiyasının avtomobili ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.