• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 717
— 02.04.2018 14:38

“Kəpəz” evdə heç-heçə oynadı

KepezTV Player

Milli komandamızın təlim-məşq toplanışı və yoxlama oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilə yekunlaşıb. Ölkə çempionatında XXI turun oyunlarına start verilib. Tur Gəncədə başlayıb. “Kəpəz” evdə “Zirə” ilə qarşılaşıb. Matç maraqlı mübarizə şəraitində keçib. Görüşün əvvəlində ev sahibləri üstünlüyü ələ alsalar da, tədricən rəqib oyunu bərabərləşdirib. Qarşılıqlı hücumlarla keçən 90 dəqiqə ərzində komandaların qol vurmaq üçün kifayət qədər imkanı olub. Amma hesab açılmayıb. Gah zərbələrin qeyri-dəqiqliyi, gah da qapıçıların mövqeyində inamlı çıxışı matçın başladığı hesabla da sona çatmasını şərtləndirib.

 

Azad Rəfi