• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2123
— 02.04.2018 13:35

Qadına qarşı soyğunçuluq etdi

KepezTV Player

Martın 30-u Xətai rayonu, Sarayevo küçəsində piyada qadına zor tətbiq edən naməlum şəxs onun cibində olan mobil telefonunu götürərək qaçıb. Zərərçəkənin səs-küyünə reaksiya verən Xətai Rayon Mühafizə İdarəsinin tağım komandiri, polis leytenantı Elvin İmanlı və polis serjantı Ceyhun Məmmədov soyğunçuluq edən şəxsi təqib etməyə başlayıblar. Onların çevikliyi nəticəsində Bakı sakini, əvvəllər məhkum olunmuş Fərid Axundov hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılaraq 34-cü Polis Şöbəsinə təhvil verilib. Onun üzərindən zərərçəkənə məxsus telefon və bir ədəd bıçaq aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən Axundovun digər cinayətlərdə iştirakını istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarəsinə müraciət edə bilərlər.