• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 686
— 02.04.2018 13:23

Evdən qızıl və pul oğurladılar

KepezTV Player

DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Səbail rayonu ərazisindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Əraziyə yollanan Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsinin əməkdaşları Bayıl qəsəbəsindəki mənzillərdən birindən 200 manat pul və 63400 manat dəyərində qızıl əşyalarının götürüldüyünü öyrəniblər. Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər, Bakı sakinləri Sərxan Bayramov və Teymur Şahpələngov saxlanılıb. Qızıl-zinət əşyalarının bir çoxu polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb. Mənzilə dəstə üzvü Sərxan Bayramov daxil olub, Teymur Şahpələngov isə qənimətisatmaq üçün müştəri tapıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar və istintaq hərəkətləri davam etdirilir.