• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 861
— 02.04.2018 11:02

Britaniyalılar “Korvet”dən 1930-cü illərin stilində retrokupe hazırladılar

Eadon Green Böyük Britaniya atelyesi Cenevrə avtosalonunda Zeclat adlı retrokupe göstərib. Maşın 1930-cu illərin Figoni & Falaschi, Bugatti, Chapron və PourTout stilində ərsəyə gəlib. Avtomobil karbondan kuzov və Chevrolet Corvette C7-dən qovşaqlar qazanıb. Zeclatın əsasını “Korvet”dən alüminium çərçivəaltılar və karbon lifdən nanokompozitlər təşkil edir. Mühərrik 7 pilləli mexaniki, ya da 8 diapazonlu avtomat sürət qutusu ilə birləşir. 0-dan 69 km-dək sürəti kupe 3,6 saniyəyə yığır. Zeclatda Brembo əyləc mexanizmləri, maqnitoreoloji mayeli adaptiv amortizatorlar və 5 elektron idarəetmə rejimilə təchiz olunub: bütün hava şəraitlərində, qənaətcil, komfort, idman və yarış rejimləri. Zeclatın kuzovu üçün 18 rəng və 13 interyer sxemi rəngi təklif olunur.