• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1240
— 02.04.2018 11:01

Xiaomi çərçivəsiz Mi Mix 2S smartfonunu təqdim etdi

Xiaomi şirkəti rəsmi olaraq Mi Mix 2S smartfonunu ictimaiyyətə göstərib. O, bir çox funksiyaları iPhone X-dən götürüb. Çinlilər özləri bunu etiraf edirlər. Xiaomi-nin yeni flaqmanı keramikadan və dözümlü alüminiumdan korpus, 5,99 düymlük nazik çərçivəli AMOLED ekran, Qualcomm Snapdragon 845 prosessoru əldə edib. Aparat naqilsiz Qi enerji yığma texnologiyasını dəstəkləyir. Mi Mix 2S-in bir cüt əsas kamerası iribucaqlı 12 Mp və telefotomoduldan ibarətdir. Bundan başqa kameralar süni intellekt elementləri hesabına portretlərdə fonu yaxşıca bulanıq edir və kadrda mətni tanıya bilir. Sonuncu, şəkildə qeyd olunan qiyməti digər valyutalara çevirmək iqtidarındadır. Smartfon hətta Google ARCore virtual reallıq platformasını dəstəkləyir və Xiao AI səs köməkçisi var. İstehsalçıların sözlərinə görə, Mi Mix 2S parametrlərilə iPhone X-i üstələyir. Yeni mobil cihazı artıq sifariş vermək olar, Çin bazarlarında isə aprelin əvvəllərindən peyda olacaq. Alıcılar 6 Qb operativ və 64 Qb əsas yaddaşlı versiyaya 527, 128-lik əsas yaddaşa isə 575 dollar ödəməlidirlər. Müvafiq olaraq 8 və 256 Qb yaddaşa malik ən bahalı versiya isə 639 dollaradır.