• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 815
— 31.03.2018 16:09

Gəncədə əhalinin tibbi müayinəsi davam edir

KepezTV Player

Gəncədə əhalinin tibbi müayinəsinə növbəti dəfə Bakıdan dəvət olunan yüksək ixtisaslı həkim mütəxəsislər cəlb olunub. Respublika Klinik Xəstəxanasından dəvət olunan nevropatolq, ginekoloq, endokrinoloq, oftolmoloq, eləcə də həkim cərrahlar Abbas Səhhət adına şəhər xəstəxanasında vətəndaşları müayinə ediblər. Gəncə ilə yanaşı müayinələrdə ətraf rayonların əhalisi də iştirak ediblər. Tibbi yoxlamalarda daha çox endokrinaloji və ürək-damar xəstəlikləri ilə bağlı müraciətlər üstünlük təşkil edib. Aşkar olunan xəstəliklər üzrə 168 nəfər stosianar və ambulator müalicəyə cəlb edilib.

şəhər sakini: Eşitdim ki, Bakıdan yaxşı həkimlər gəlib, çox sevindim. Gəldim həkimlərin qəbuluna, sağ olsunlar məni yaxşı qəbul etdilər, ətraflı yoxladılar, sonra mənə resept yazdıar. İndi gedirəm dərmanlarımı alıb müalicəyə başlayacam.   

şəhər sakini: 5 ildir şəkər xəstəsiyəm, əziyyət çəkirəm. Gəldim həkimlərin qəbulunda oldum, yoxlanışdan keçdim. Mülaciə yazıblar gedirəm evə. 

Mahir Babayev Respublika Klinik Xəstəxananın baş həkimin müavini: Hal-hazırda 300-ə yaxın əhaliyə baxış keçirilib, lazımı dəyərli məsləhətlər verilib. Bu cür müayinələr bizim tərəfimizdən mütəmadi olaraq təşkil oluncaq.