• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 853
— 30.03.2018 20:19

Məktəblini maşın vurdu

Balakəndə piyadavurma hadisəsi olub. Saat 11:30 radələrində Balakən şəhəri, Nizami adına tam orta məktəbinin 2-ci sinif şagirdi, rayonun Qullar kənd sakini 8 yaşlı Şirin Ərbasyev yolu keçmək istəyən zaman taksi fəaliyyəti ilə məşğul olan, rayonun Mahmalar kənd sakini Şirin Yekıyev idarə etdiyi “VAZ 21064” markalı minik avtomobili ilə onu vurub. Sürücü xəsarət alan azyaşlını Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparıb. Şirin Ərbasyevə sağ çanaq sümüyünün sınığı diaqnozu qoyulub, vəziyyəti ora-ağır qiymətləndirilir. Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.