• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1335
— 30.03.2018 14:20

Amil Həmzəyevin şərəfini qoruduğu Kremen klubu yenidən superliqada çıxış etməyə can atır

KepezTV Player

Basketbol üzrə yığma komandamızın üzvü Amil Həmzəyevin şərəfini qoruduğu Ukraynanın Kremen klubu yenidən superliqada çıxış etməyə can atır. Kremençuk təmsilçisi bunun üçün apredə baş tutacaq pley-off mərhələsində yaxşı nəticə göstərərək yuxarı dəstəyə yüksəlmək niyyətindədi. Həmzəyev karyerasını ölkə xaricində davam etdirən azsaylı basketbolçularımızdandı. O, artıq 2-ci ildir ki, Kremenin formasını geyinir. Gənəcli idmançı millimizin heyətində Bakıda keçirilən ilk Avropa oyunlarının iştirakçısı, həmçinin paytaxtımızın ev sahibliyi etdiyi 4-cü İslam Həmrəyliyi oyunlarının qızıl mükafatçısı olub.