• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2387
— 30.03.2018 11:01

Hindlilər Avropada sağ sükanlı elektrikli sedan göstərdilər

Hindistanın Tata şirkəti elektriklə işləyən sağ sükanlı premial sedan prototipini göstərib. EVision Sedan adlı konsept-kar Cenevrə motorşousunda debüt edib. Deyilənə görə, maşının enerjisi marşrut və yol vəziyyətinə uyğun müəyyənləşdirilir. Batareyaları sürətli enerji yığma stansiyalarından yükləmək olar. Prototip tənzimlənən arxa oturacaqlar və mərkəzi konsolda iki ekran qazanıb. Bu ekranlar ehtiyac olduqda açılır. Mərkəzi konsol boş yer olduğundan sərnişinlər burada özlərini çox rahat hiss edə bilərlər. Hələlik bunun kütləvi istehsalı barədə məlumat verilmir.