• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2538
— 30.03.2018 11:02

3 əsas kamerası olan Huawei smartfonu təqdim olundu

Çinin Huawei şirkəti Parisdə rəsmi şəkildə P20 Pro adlı smartfonu təqdim edib. Onun əsas özəlliyi 3 əsas kamerasının olmasıdır. Leica firması ilə birgə ərsəyə gələn məhsul 6,1 düymlük OLED ekranla təmin olunub. Qarşı kamera 24 meqapikseldir. Barmaq izlərini tanıyan skaner ekranın bir qədər aşağısında qərarlaşıb. Smartfonun əsasını Kirin 970 prosessoru təşkil edir. Cihazın operativ yaddaşı 6, əsas yaddaşı isə 128 Qb-dır. Nəmdən və tozdan qorunan aparat 4000 mAs həcmli batareyaya yiyələnib. Əsas kameralar 40 meqapiksel və fotomodullu 8 meqapiksellidir. Onların aşağısında isə 20 meqapikselli kamera da var. 6 apreldən satışa çıxarılacaq Huawei P20 Pro 899 dollara təklif olunacaq.