• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 718
— 30.03.2018 11:01

5 metrlik “Venera” birdəfəlik enerjilə 652 kilometr məsafə gedir

LVCHI adlı Çin şirkəti Cenevrə avtomobil sərgisində elektrikli Venere sedanını nümayiş elətdirib. Onun maksimal gediş ehtiyatı 652 kilometr təşkil edir. Konsept-kar 5 metr uzunluqda, 2 metr enlikdə, metr yarım hündürlükdədir və 3 metr ölçüsündə təkər bazasına sahibdir. Çin prototipi Mercedes-Benz S sinfindən enli və alçaqdır. Konsepti 4 elektromotorla təchiz ediblər: hər oxa ikisi. Onların gücü ümumilikdə 1005-ə bərabərdir. Venere yerindən 100-ü 2,5 saniyəyə yığır. Maksimal sürətsə saatda 286 kilometrdir. Maşın 100 kilovatt-saat həcmli litium-ion batareyaları ilə qidalanır. Qapılar arxa və qabaq tərəf açılır, yan güzgüləri kamera əvəzləyib, sükanda isə dönmə nişanını işə salan taçskrin var. Təchizat siyahısında, həmçinin Brembo əyləcləri, Pirelli P Zero şinləri, mərkəzi konsolda bir neçə ekran və rəqəmsal alətlər paneli gözə dəyir.