KepezTV Player
Sabah Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Qran-pri start götürəcək. Yarışda iştirak edəcək millimizin heyətinə Gəncə cüdo məktəbinin yetirməsi İlkin Babazadə də cəlb olunub. Bu il qatıldığı turnirlərdə mükafatçılar sırasına düşə bilməsə də, gənc cüdoçu komandamızın ehtiyat qüvvə ilə yollanacağı yarışda medal ümidlərindən sayılır. 66 kq-da güləşəcək Babazadə əvvəllər yeniyetmə və gənclər arasında bir sıra turnirlərdə fəxri kürsüyə yüksəlməyi bacarıb. 6 çəkidə 9 tatami ustası ilə təmsil olunacağımız qran-pridə 39 ölkədən 310 cüdoçunun iştirakı gözlənilir. Yarış 3 gün davam edəcək.
Orxan Cəfərzadə
- Baxış: 737