• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 997
— 29.03.2018 16:28

"31 Mart Soyqırımı"na həsr olunan tədbir baş tutub

KepezTV Player

Gəncə “Gənclər Evi”də 31 mart Azərbaycanlıların Soyqırımı gününə həsr olunan tədbir təşkil olunub. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə reallaşan tədbirdə 1918-ci ilin 31 martı, habelə tarixin sonrakı mərhələlərində Azərbaycanlılara qarşı törədilən cinayətlərdən danışılıb. Ermənilərin Azərbaycan xalqına amansızlıqla divan tutması ön planda qeyd edilib. Soyqırım zamanı kimsəsiz, əliyalın insanlara qarşı törədilən vəhşiliklərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması üçün maarifləndirmə işlərinin aparılmasının zəruriliyi, son illər bu istiqamətdə görülmüş işlər və qarşıda duran əsas məsələlərlə bağlı çıxışlar dinlənilib. Bu sahədə gənclərin üzərinə düşən işin önəmi vurğulanıb.