• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 997
— 29.03.2018 16:28

Gəncədə məktəblilərin iştirakı ilə intellektual oyun keçirilib

KepezTV Player

"Ölkəmizi tanıyaq" tur aksiyası çərçivəsində Gəncədə 8 rayondan olan məktəblilərin iştirakı ilə intellektual oyun keçirilib.  “Nə? Harada? Nə zaman?" zəka yarışında 48 komanda iştirak edib. 6 nəfərdən ibarət komandalara məktəb proqramını əhatə edən 24 sual təqdim edilib. Sualları düzgün cavablandıran və  ilk 3 yeri tutan qaliblərə kubok, medal və diplomlar verilib.

Nərmin Ağasıyeva şagird:“Biz intelektual oyunda iştirak edirik. Çox maraqlıdır. Orada verilən suallarda bizim intelektimizin güclənməsinə və intelektimizin hansı səviyyədə olması üçün şərait yaradır”.

Əli Əsgərli şagird:“Vətənimiz haqqında məlumatlar əldə eləmişik. Mən inanıram ki, bu məlumatlar bizim gələcək həyatımızda da dostlarımız, ətraf mühit, öz vətənimiz haqqında biliklərimizi daha da genişləndirəcək. Mən də çalışacam ki, ölkəmizin mənə yaratdığı bu şərait nəticəsində ölkəmə layiqli vətəndaş olum”.