• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1185
— 29.03.2018 15:24

Avtomobildə 22 bağlamada narkotik tapıldı

KepezTV Player

Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinə daxil olan məlumat əsasında, Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İrandan Azərbaycana idarə etdiyi minik avtomobili ilə gələn ölkə vətəndaşı saxlanılıb.Qabil İsayevin idarə etdiyi "Opel Omega" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.Avtomobilin arxa sağ və sol təkərlərinin saxlanması üçün nəzərdə tutulan dayaqların metal boşluqlarında 22 ədəd bağlamada, xalis çəkisi 2275 qram olan narkotik vasitə - heroin, 7 ədəd bağlamada isə xalis çəkisi 410 qram olan psixotrop maddə - metamfetamin aşkar olunub.