• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1120
— 29.03.2018 15:23

Külli miqdarda narkotik dövriyyədən çıxarıldı

KepezTV Player

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri tədbirlər nəticəsində şəhər sakini Məmməd Cəfərov saxlanılıb. Ondan 6,75 qram marixuana aşkar edilib. Onun idarə etdiyi “VAZ-2121” markalı avtomobildən isə əlavə olaraq 5 kiloqram 185 qram marixuana tapılıb. Araşdırma zamanı məlum olub ki, Məmməd Cəfərov narkotik vasitələri yaşadığı Maştağa qəsəbəsində əkib-becərib, daha sonra satmaq məqsədi ilə qurudaraq qablaşdırıb.

Bundan başqa, Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Pərviz Muxtarov saxlanılıb. Onun əlindəki çantaya hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman külli miqdarda marixuana aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan narkotikin ümumi çəkisinin 4 kiloqram 150 qram olması barədə rəy verilib.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktlarla bağlı cinayət işləri başlanılıb.