KepezTV Player
Agsu rayonunun Ağarx kənd sakini İlyas Musayev heyvan bazarında tanımadığı şəxsə 600 manat müqabilində 5 baş qoyun satıb. Sonradan həmin pulun saxta olduğunu müəyyən edib və dərhal Ağsu rayon Polis Şöbəsinə məlumat verib. Keçirilən əməliyyat tədbirləri nəticəsində saxta pulla qoyun alan 46 yaşlı şəxs Sumqayıtda saxlanılaraq Ağsuya aparılıb. Bəhruz Nəcəfov ifadəsində saxta əskinasları Rusiya vətəndaşından aldığını deyib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.
- Baxış: 744