Bu günə xəbərlərin oxunma sayı: 1059
— 28.03.2018 14:13

Ramal Amanov ABŞ-da qələbə qazandı

KepezTV Player

Peşəkar boksçu Ramal Amanov bu il ilk döyüşünü keçirib. Gəncə boks məktəbinin yetirməsi Amerika Birləşmiş Ştatlarında rinqə çıxıb. O, Mayamidə reallaşan boks gecəsində vuruşub. Amanovun rəqibi Matias Qarsiya olub. İlk raunddan üstünlüyü ələ alan həmyerlimiz vaxtından əvvəl rəqibinə qalib gəlib. Belə ki, ikinci raundda Matiası nokdauna salan Amanov hakimin hesabı açmasına şərait yaradıb. Döyüşü davam etdirmək qərarı verən Qarsiya ardıcıl zərbələrdən sonra nokauta düşüb və referi görüşü bu dəfə dayandırıb. Bununla da gəncəli boksçu ilk dəfə vuruşduğu Amerikada həm də ilk qələbəsini qazanıb. Döyüşdən sonra fikirlərini bölüşən Ramal görüşü təşkil edən promouter şirkətinə və məşqçilərə, eyni zamanda ona dəstək olan azarkeşlərə təşəkkür edib. 

 

Azad Rəfi