• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2123
— 28.03.2018 14:08

Gəncənin yaşıllıq ərazisi meyvə ağacları hesabına genişləndiriləcək

KepezTV Player

Gəncədə yaşıllıq zonaları dekorativ ağaclarla yanaşı meyvə ağacları hesabına genişləndirilir. Bu il şəhər ərazisinə 100 mindən artrıq yeni tinglərin əkilməsi nəzərdə tutulub ki, onlardan 15 mindən çoxu artıq torpağa basdırılıb. Ötən il 10 min, bu il isə 20 mindən çox ərik, alma, xurma və yerli iqlimə uyğun digər meyvə ağaclarının əkilməsi planlaşdırılır. Yaşıllıq zolaqlarının salınması üçün şəhər ərazisində 100 hektardan artıq yer ayrılıb.

Rizvan Quluyev - Gəncə Şəhər Yaşıllaşdırma İdarəsinin baş aqranomu: Bu işə şəhərin bütün idarə və müəsisələri cəlb olunur, yaşıllaşdırma prosesində kütləvi iştirak edirlər. Şəxsən bizim Mənzil Komunal İstismar Birliyinin yaşılaşdırma şöbəsi tərəfindən 70 minə qədər ağacın əkilməsi nəzərdə tutulub.