KepezTV Player
“Ölkəmizi tanıyaq” şüarı ilə qərb bölgəsində olan Qəbələ, İsmayıllı, Şəki, Şamaxı, İmişli, Abşeron və Füzuli məktəbliləri Göygöllə tanış olublar. Rayondakı Heydər Əliyev Mərkəzindən başlayan tanışlıq Tarix-Diyarşünaslıq Muzeyində nümayiş olunan eksponatlara baxışla davam edib. Şagirdlər vaxtilə alman koloniyaçılar tərəfindən tikilən kilsədə olub, Azərbaycan Dövlətinin Rəmzləri Muzeyində tarixi əhəmiyyət daşıyan məlumatların canlı şahidinə çevriliblər. İştirakçıların səfər etdikləri sonuncu məkan füsunkar təbiət möcüzəsi - Göygöl olub.
Natiq Hüseyn
- Baxış: 731