• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1575
— 28.03.2018 11:03

Yeni yapon mərmi qatarı – Supreme

Yaponiya mərmi qatarı donanmasını yeni bir modellə böyütmək istəyir. Saatda 300 kilometr sürət yığa bilən Şinkasen xətt qatarının Supreme versiyası hər oturacaq üçün ayrıca ştepsel və işıqlandırılmış başüstü baqaj bölmələri ilə komforta istiqamətlənmiş yeniliklərdən ibarətdir. Central Japan Railway-in N700S seriyalı qatarları 2020-ci ildə Tokio və Şin-Osaka arasındakı Şinkasen xəttində ilk dəfə hərəkət edəcək. Qatarlar bu aydan etibarən relslərin üzərində yoxlanılacaq. Daha əvvəl sadəcə pəncərə kənarlarında yerləşən güc ştepselləri hər oturacağa əlavə olunmaqla yanaşı, başüstü baqaj bölmələrinin işıqları da qatar dayandığı zaman avtomatik yanacaq. 16 vaqondan ibarət qatarda 14 vaqon sırf sərnişinlərə ayrıldığı halda 2 vaqon qatarın nəzarəti üçün istifadə olunur. Ümumi 1323 nəfəri daşıma qabiliyyətinə sahib qatar Tokaido-Şinkasen xəttində saatda 285 kilometr sürətlə gedəcək. Sanyo-Şinkasen xəttində isə bu sürət saatda 300 km olacaq. Yaponiya mərmi qatar seriyasının yeni üzvündə vaqon konfiqurasiyası istəyə uyğun dəyişdiriləcək. Məsələn, 16 vaqon əvəzinə 12 vaqon istifadə oluna biləcək. Supreme qatarlarının 2020-ci il Tokio Olimpiya Oyunlarında sərnişin daşıyacağı gözlənilir.