• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2061
— 27.03.2018 14:16

7 kiloqram narkotik dövriyyədən çıxarıldı

KepezTV Player

Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşlarının paytaxtda keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı sakini Məmməd Cəfərovdan 6,75 qram marixuana götürülüb. Onun idarə etdiyi “VAZ-2121” markalı avtomobildən isə əlavə olaraq 5 kiloqram 185 qram marixuana aşkar edilib. Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini Rəhman Əmirovdan isə 495 qram həşiş və 0,156 qram heroin götürülüb.

Bundan başqa, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Cəmil Məmmədovdan 100,372 qram, yaşadığı evdən isə 1 kiloqramdandan artıq tiryək aşkar edilərək götürülüb. Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktlarla bağlı cinayət işləri başlanılıb.