Tovuzda Abulbəyli kənd qəbiristanlığının yaxınlığındakı kanalın kənarında meyit tapılıb. Gədəbəy rayon sakini, 62 yaşlı Vilayət Qurbanovun sərxoş vəziyyətdə kanala yıxılaraq boğulduğu ehtimal olunur.
Kürdəmir sakini də bədbəxt hadisə nəticəsində ölüb. Karrar kəndində 57 yaşlı Əziz Əlməhəmməd həyətyanı sahədə laqonda aparatı ilə işləyərkən ehtiyatsızlıqdan bud nahiyəsini kəsib. Yaralı təcili olaraq Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
İsmayıllı rayonunda isə dəm qazından zəhərlənmə hadisəsi baş verib. 58 yaşlı Yaqut Hacıyeva və qızı 34 yaşlı Nuranə Hacıyeva yaşadıqları evdən rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Ana balaya lazımi tibbi yardım göstərilib.
Gədəbəydə qadını elektrik cərəyanı vurub.Slavyanka kənd sakini 39 yaşlı Xalidə Qasimova yaşadığı evdə iş görən zaman ehtiyatsızlıqdan əli naqilə toxunub. Huşunu itirən qadın Gədəbəy rayon mərkəzi xəstəxanasına aparılıb. Ona tibbi yardım göstərilib. Vəziyyəti normallaşan qadın evə buraxılıb.
- Baxış: 509