Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində qəza baş verib. Bakı şəhər sakini Ruslan Paşayev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən Şəmkir rayon sakini Teymur Əhmədovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb Qazaxda da piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə Bakı-Qazax magistral yolunun Qazax rayonu birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində baş verib. Kənd sakini 16 yaşlı Məmməd Vəliyev yolu keçən zaman avtomobil onu vurub. Yeniyetməyə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.Kürdəmirdə isə avtomobil Rusiya vətəndaşını vurub. Bakı-Qazax əsas magistral yolunun 182-ci kilometrliyində, Kürdəmir rayonunun Karrar stansiyası ərazisində naməlum avtomobil yolu keçmək istəyən Rusiya vətəndaşı, 64 yaşlı İnayətxan Nauruzovanı vuraraq hadisə yerindən qaçıb. Ağır xəsarət alan İnayətxan Nauruzova Kürdəmir Mərkəzi Rayon Xəstəxanasınin travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, zərərçəkənin vəziyyəti orta-ağırdır. Anoloji hadisə Gəncə şəhərində də olub. Şah İsmayıl Xətai prospektində hərəkətdə olan “Hyundai” markalı avtomobil yolu keçmək istəyən şəhər sakinləri 43 yaşlı Rüxsarə Nəsibova və bacısı 29 yaşlı Gülnar Əliyavanı vurub. Hər iki yaralı qadın xəstəxanaya aparılıblar. Qadınlara tibbi yardım göstərilib, ambulator müalicəyə buraxılıblar. Şəkinin İzzət Həmidov küçəsində də qəza qeydə alınıb. Şəki şəhər sakini Kamal Alxasovun sükanı arxasında olduğu Niva markalı avtomobilin idarəetməsini itirib və maşın yolun solundakı divara çırpılaraq aşıb. Nəticədə sürücü və avtomobildə olan digər sərnişin Şirinov Məmmədseyid müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Faktlarla bağlı araşdırmalar aparılır.
- Baxış: 922