• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1134
— 23.03.2018 23:42

Gürcüstana 40 kq qızıl-gümüş keçirməyə cəhd etdi

KepezTV Player

Gürcüstana 40 kiloqram çəkidə qızıl və zinət əşyalarını qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb. Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin sədr müavini Vaja Navrozaşvili keçirdiyi brifinqdə deyib. O bildirib ki, Azərbaycan vətəndaşı 36 kiloqram qızıl və 4 kiloqram çəkidə gümüş əşyaları Türkiyədən gətirib və “Sarpi” gömrük-keçid məntəqəsindən Gürcüstan ərazisinə keçirməyə cəhd edib. “Mercedes Benz” markalı avtobusun gizli yerində aşkarlanmış zinət əşyalarının ümumi dəyəri 2 milyon laridən, 821 202 dollardan çoxdur.