• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1477
— 23.03.2018 05:44

3 nəfər öldü, 3 nəfər yaralandı

KepezTV Player

Saatlı rayonunda ağır yol qəzası baş verib. Rayonun Qaralar kəndində "Shaqman" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə yük maşını kanala aşıb. Hadisə yerinə FHN-nin xilasediciləri cəlb edilib. Qəza nəticəsində İmişli rayon sakinləri Əli Təşkilat oğlu və Peyman İsgəndərov vəfat edib, 2 nəfər isə xəsarət alıb. Lənkəranın Nərimanabad qəsəbəsində isə iki qardaş yol qəzasına düşüb. "Mercedes" markalı maşının aşması nəticəsində qardaşlardan biri – 46 yaşlı İlqar Abdullayev ölüb. 53 yaşlı Elnur Abdullayev isə xəsarətlərlə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Məlumata görə, qardaşlar rayonun Balıqçılar kəndinin sakinləridirlər. Faktlar bağlı araşdırmalar davam etdirilir.